Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 1-i saat 01 radələrində Gəncə şəhəri ərazisində 1976-cı il təvəllüdlü Fuad Əbdülhəlimovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Aftandil Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fuad Əbdülhəlimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aftandil Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

1 Oktyabr 2022 16:49 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə