Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda İİV/QİÇS-lə bağlı təlim keçirilib

Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının (CCM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət, icra olunan tədbirlər və mövcud çətinliklərlə bağlı təlim keçirilib.

"Xalq qəzeti" Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, RQMM-in əməkdaşları tərəfindən keçirilən təlimə dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, güc strukturlarında, hüquq-mühafizə orqanlarında çalışan tibb mütəxəssisləri cəlb olunub.

RQMM-in direktoru Famil Məmmədov sağlamlıq üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasının, bu sahədə çalışan həkimlərin, eləcə də əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini vurğulayaraq, hazırkı dövrdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbirdə RQMM-in direktor müavini Səbinə Babazadənin, mərkəzin epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin və digərlərinin məruzələri dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.

1 Oktyabr 2022 15:22 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə