Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müsahibələrdə uğur qazanmış 419 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 10:20-dək olan məlumata görə, 419 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

1 Oktyabr 2022 10:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə