Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Qəhrəmanın oğlu Dünya çempionu oldu

Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində Zəfər yürüşünün ikinci ildönümü günlərində Azərbaycanın Milli Qəhrəmanı, I Qara­bağ savaşının əfsanəvi batalyon ko­mandiri Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov qol güləşi üzrə beynəlxalq yarışmada növbəti dəfə dünya çempionu adını qazandı. O, bu parlaq idman uğurunu 2 il əvvəlki bö­yük Qələbəmizin şərəfinə qazandığını söyləyib.

Fransadan alınan şad xəbərdə bildiri­lir ki, Azər Məhərrəmov bu ölkənin Dyepp şəhərində keçirilən turnirdə ovsunlayıcı çıxışı ilə hakimləri, münsifləri və izləyiciləri heyran qoyub. Bütün rəqiblərini asanlıqla məğlub edən azərbaycanlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dünya çempionatında qazandığı bu qələbə ilə çempion soydaşımız ABŞ-da keçiriləçək “World Arnold Classic” yarışın­da iştirak hüququ qazanıb. Xatırladaq ki, qol güləşçimiz bir müddət əvvəl Polşanın Rumya şəhərində keçirilən Avropa çempionatında da I yeri tutmuşdu. 105 kiloqramdan yuxa­rı çəki dərəcəsində mübarizə aparan Azər Məhərrəmov həlledici görüşdə polşalı Dariuş Popilekə qalib gəlib.

R.TAHİR,

“Xalq qəzeti”

1 Oktyabr 2022 01:00 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə