Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi liftin ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot - 1. Liftin ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə öz tender təkliflərini dövlət satınalmalarının vahid in­ternet portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, iddiaçının maliyyə vəziyyəti və maddi-texniki bazası.

Müqavilədə bütün malların və onlarla bağlı xidmətlərin mənşəyi və harada is­tehsal olunmaları bildirilməlidir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanan­lar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – Əliyev Fərhad Əli oğlu

Telefon – ( 012 ) 3791174

Email – [email protected]

Ünvan – Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 97.

İştirak haqqı 350 (üç yüz əlli) manatdır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş”lə ödə düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təsdiq olunmuş qaydada elekt­ron formada “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin tender komissiyasına təqdim edilməlidir:

-tenderdə iştirak etmək üçün ərizə;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olma­lıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son 1 ildəki fəaliyyəti haq­qında vergi orqanları tərəfindən təsdiq olun­muş maliyyə hesabatının surəti;

- iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 21 oktyabr 2022-ci il saat 15.00-a, tender təklifini və təklifin bank təminatını isə 31 oktyabr 2022-ci il saat 15.00-dək dövlət satınalmalarının va­hid internet portalı vasitəsilə elektron qay­dada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid inter­net portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 1 noyabr 2022-ci il saat 15.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet porta­lında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınal­malarının vahid internet portalında tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

1 Oktyabr 2022 01:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Dekabr 2022 | 07:55
Oxucuların nəzərinə!

Köhnə versiyamızdan xəbərləri izlə