Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı Ukraynaya 13 milyard dollar maliyyə yardımı ayırıb

Dünya Bankının Ukraynaya maliyyə dəstəyi çərçivəsində ayırdığı 13 milyard ABŞ dollarının 11 milyardı artıq rəsmi Kiyevə çatdırılıb. Bu bəyanatla ali qurumun prezidenti Devid Melpas Stenford Universitetində (Kaliforniya) çıxış edib. Məlumatı TASS verib.

Onun sözlərinə görə, Dün­ya Bankı ikitərəfli layihələr və tərəfdaşları sayəsində Ukray­naya, ümumilikdə, 13 milyard dollar məbləğində təcili maliyyə yardımı ayırıb. Eyni zamanda, bir sıra layihələrə əlaqədar fondlar vasitəsilə artıq 11 mil­yard dollar ödənilib. Xatırla­daq ki, 1 ay öncə, daha dəqiq desək, avqustun əvvəlində Ukrayna hökumətinə Dünya Bankı tərəfindən 6,3 milyard dollardan çox maliyyə yar­dımı verilmişdi. Vəsaitin çox hissəsi 8 aydır davam edən müharibə zamanı dağıdılmış nəqliyyat-yol infrastrukturunun yenidən qurulmasına, sosial-iqtisadi məsələlərin dəstəklənməsinə, eləcə də yoxsulluğun azaldılması ilə bağlı işlərə xərclənəcək. Lakin əksər mütəxəssislərin fikrincə, bu vəsait nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə qətiyyən bəs etməyəcək, bunun üçün daha böyük maliyyə tələb olunur. Belə ki, bugünlərdə Ukrayna hökuməti, Dünya Bankı və Av­ropa Komissiyası Ukraynanın bərpasına dair ortaq hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, Rusiya-Ukrayna savaşı böyük coğrafi ərazidə davam etdiyindən dağıntılara məruz qalan ərazilər də bö­yükdür. Üstəlik, Ukraynada tək hərbi yox, həm də mülki infrast­ruktur hədəfə alınır ki, bütün bu amillər dağıntıların miqya­sını genişləndirir. Hesablama­lara görə, Ukraynanın yenidən bərpasına, ən azı, 350 milyard dollar lazım gələcək. Həmin vəsaitin 97 milyard dolları ya­şayış sahələrinin və digər inf­rastrukturun bərpasına, 252 milyard dolları isə ticarət və is­tehsalatdakı fasilə ilə bağlı or­taya çıxan problemlərin aradan qaldırılmasına sərf edilməlidir. Ancaq hərbi əməliyyatlar da­vam etdikcə bu xərclərin daha da artacağı şübhə doğurmur. Bu baxımdan, Dünya Bankının rəsmisi bildirib ki, Ukraynada həyatın normala dönməsini təmin edə bilmək üçün beynəlxalq ictimaiyyətin maddi dəstəyi davam etməlidir.

Beynəlxalq Miqrasiya Təşkilatının açıqladığı rəqəmlərə görə, müharibə başlayandan 12 milyon ukraynalı öz yaşa­yış yerini tərk etməyə məcbur qalıb. O da vurğulanır ki, ha­zırda Avropa ölkələrində 7 mil­yondan çox Ukraynadan olan qaçqın var. Onların ən çox üz tutduğu ölkələr isə Polşa və Almaniyadır.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

1 Oktyabr 2022 00:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə