Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səfiri etimadnaməsini Finlandiya Prezidentinə təqdim edib

Azərbaycanın İsveç Krallığında və eyni zamanda, Finlandiya Respublikasındakı səfiri Zaur Əhmədov etimadnaməsini ölkənin Prezidenti Sauli Niinistöyə təqdim edib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Helsinkidə keçirilən rəsmi mərasimdə səfir Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Finlandiyanın Prezidenti Sauli Niinistöyə çatdıraraq, onu ölkəmizə səfərə dəvət edib.

Sauli Niinistö ilə söhbətdə səfir ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

30 Sentyabr 2022 21:50 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə