Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Cavad Ağayev Albaniyanın paytaxtı Tiranadakı U-21 Avropa çempionatında gümüş medal qazanıb.

 68 kq-da çıxış edən idmançı yarışın sonuncu günündə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

1/16 finalda Pablo Patinonu (İspaniya) məğlub edən taekvondoçu, ardıcıl olaraq, Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) qalib gələrək finala yüksəlib.

Ağayev həlledici döyüşdə Arslan Dəmir (Türkiyə) uduzaraq, gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Daha öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

30 Sentyabr 2022 19:48 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər
2 Dekabr 2022 | 00:36
Reytinq dəyişməyib
2 Dekabr 2022 | 00:33
“Xarı bülbül Şuşa”

Köhnə versiyamızdan xəbərləri izlə