Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Anım Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları cari ilin 12-14 sentyabr tarixlərində Ermənistanın törətdiyi hərbi təxribatın qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçularımıza baş çəkiblər. Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

"Xalq qəzeti" xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, onların fikirləri dinlənilib.

Ombudsmanın nümayəndələri görüş zamanı hərbi qulluqçuların sağlamlıq vəziyyəti ilə maraqlanıblar. Hərbi qulluqçuların müayinə və müalicələrinin təşkili ilə bağlı hər hansı bir çatışmazlıq aşkar olunmayıb.

Görüşdə hərbi qulluqçulara müalicə və ya digər məsələlərlə bağlı problem olduğu halda Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edə biləcəkləri bildirilib.

30 Sentyabr 2022 17:17 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə