Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heyva və badam bağlarında monitorinq keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə müşahidələri davam etdirir.

Bu barədə "Xalq qəzeti"nə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə Agentliyin Gəncə regional bölməsinin əməkdaşları Samux rayonu üzrə heyva və badam bağlarında monitorinq aparıblar. Monitorinq zamanı heyva və badam bağlarında uyğun olaraq Aralıq dənizi meyvə milçəyinin və qəhvəyi məxmər taxtabitinin mövcudluğunu müəyyən etmək üçün yay mövsümü ərzində asılmış feromon tələlərə təkrar baxış keçirilib. Feromon tələlərin yoxlanılması nəticəsində qeyd edilən zərərvericilərin həmin ərazilərdə olmadığı təsdiqlənib.

Monitorinq çərçivəsində bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması və daşınması zamanı qanunvericiliyin tələblərinə, həmçinin, təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər də aparılıb.

30 Sentyabr 2022 16:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə