Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU tələbələri xarici ölkələrdə istehsalat təcrübəsi keçəcəklər

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və Mədəniyyət müşaviri Şarl Dönie ilə görüş keçiriib. Görüşdə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Məmmədcanova iştirak ediblər.

Görüş zamanı ATMU ilə Fransa Respublikasının universitetləri arasında mümkün əməkdaşlıq imkanları, Beynəlxalq Təhsil layihələrində birgə iştirak, Fransada müvafiq kurs tələbələrindən ötrü istehsalat təcrübəsinin təşkili və sair məsələlər müzakirə olunub.

O. Musa və  şöbənin mütəxəssisi İ. Məmmədcanovanın Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunan rəhbəri Ufuk Turganerlə, eyni zamanda, Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulualla görüşündə isə konkret olaraq  ATMU tələbələrinin Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçmə imkanları müzakirə edilib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Sentyabr 2022 15:35 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə