Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Turizm işçiləri günü” münasibətilə tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) turizm biznesi kafedrasının “Turizm dərnəyi”ndə Azərbaycan Respublikasında turizm işçiləri gününə həsr olunmuş onlayn elmi-praktik tədbir keçirilib. Həmin kafedranın müdiri, dosent Hafiz Hüseynov “Turizm sahəsinin inkişafına dövlət qayğısı”mövzusunda məruzə edib.

H.Hüseynov ölkə iqtisadiyyatının bir çox sahələrində, o cümlədən turizm sənayesində də nəzərəçarpan irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi qayğısı ilə turizm sahəsində uğurlu  islahatların həyata keçirildiyini detallı faktlarla isbatlayıb. İşğaldan azad edilmiş ərazilərin bərpası, inkişafı, zəruri infrastrukturun yaradılması,əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə, o cümlədən bir sıra rayonların iqtisadi baxımdan əhəmiyyətinə aydınlıq gətirib.

Məruzəçi yeni iqtisadi rayonların təbii ehtiyatları, diqqətçəkən gözəllikləri və onlarca tarixi abidələrindən söz açıb. Ölkənin şah damarı sayılan nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulması amilini birmənalı olaraq turizmin inkişafına əsaslı təkan verəcəyini deyib. “Azərbaycan Respublikasında turizm işçiləri gününə həsr olunmuş” onlayn tədbirdə Bakı Turizm ekskursiya agentliyinin direktoru Əlixan Mürvətovun “Turizm gününün yaranma tarixi, Bakı Turizm ekskursiya agentliyinin meneceri Nəzrin Əliyevanın “Ümumdünya turizm gününün tarixi haqqında”məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir fikir mübadiləsi çərçivəsində başa çatıb.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Sentyabr 2022 15:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Dekabr 2022 | 14:05
“Bu qala daşlı qala...”

Köhnə versiyamızdan xəbərləri izlə