Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Ümid Həsənovun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir.

Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Növbəti görüş şəhid Ümid Həsənovun Quba rayonu İsnovqışlaq kəndində yaşayan ailəsi ilə olub.

Söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.  

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

30 Sentyabr 2022 10:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə