Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın revanşist siyasəti sülhün bərpasına ciddi təhdiddir

Azərbaycan ərazisinin 20 faizini 30 il işğal altında saxlamış təcavüzkar dövlət kimi bütün sivil normalara arxa çevirmiş Ermənistan II Qarabağ müharibəsində hərbi-siyasi məğlubiyyətə uğrayıb kapitulyasiya aktına qol çəkdikdən sonrakı 2 illik müddətdə ən iyrənc üsullarla regionda gərginliyi davam etdirir. Millətçilik və separatçılıq zəhəri ilə kütləvi şəkildə zombiləşmiş bu ölkənin sərsəm başbilənləri xülyalara qapılaraq Cənubi Qafqazda vəziyyəti yenidən öz maraqlarına uyğun dəyişməyə çalışır.

Azərbaycanın regionda sülhün təmin edilməsində maraqlı olduğunu dəfələrlə vur­ğulamasına baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdir­mir. Sentyabrın əvvəllərindən Ermənistan hərbi qüvvələrinin ölkəmizlə dövlət sərhədinin Laçın, Kəlbəcər və Daşkəsən rayonları istiqamətlərində törətdiyi təxribatlar, Azərbaycan Ordusunun bu ərazilərdəki mövqelərini müxtəlif çaplı silahlar­dan atəşə tutması intensiv və sistemli xarakter daşıdı. Düşmən qüvvələr təxribatlarını daha da genişləndirdi. Nəhayət, xəyanətkar ölkə təslim aktı sayılan üçtərəfli Bəyanatın şərt və tələblərini kobud surətdə pozaraq sentyabrın 13-də Azərbaycanla sərhədin dağlıq bölgələrində iri­miqyaslı hərbi təxribatlar törətdi.

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikası­nın ərazisinə sızma cəhdləri müəyyən edilən an­larda hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı dərhal alındı. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın “dəmir yumruğu” yerində idi. Düşmənin qanlı toqquşma ilə nəticələnən bu revanşist aksiya­sını Azərbaycan Ordusu yerindəcə iflasa uğrat­dı. Ağır zərbə almış düşmən yenidən böhtançı şivən qopararaq Azərbaycanı onun ərazilərinə yeriməkdə suçlamağa çalışdı.

Lakin Azərbaycan rəhbərliyi həqiqəti or­taya qoyaraq, bu təxribat nəticəsində Cənubi Qafqazda vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tamamilə Ermənistanın üzərinə düşdüyünü sübuta yetirdi. Təəssüf ki, ötən müddətdə dünya birliyi, əvvəlki 3 onillikdə olduğu kimi, təxribatlar silsiləsi başlananda Ermənistana heç bir xəbərdarlıq etmədi, beynəlxalq qurumla­rın Ermənistan rəhbərliyinə ədalətli çağırışlar etməsinin də şahidi olmadıq.

Bizim üçün önəmli olanı odur ki, Ermənistan və havadarlarının istənilən təxribatları hər an la­yiqli cavabını alır. Bizi narahat edən məqam isə budur ki, məğlub ölkənin yüksək çinli rəsmilərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi tex­nikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu hələ də davam edir. Bütün bunlar bölgədə sabit­liyi təhdid edən əsas amillərdir.

Azərbaycan tərəfi Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın 30 illik işğalının nəticəsi olaraq, genişmiqyaslı minatəmizləmə fəaliyyəti apardığı halda, düşmən yenə də giz­li surətdə ərazilərimizdə ölümsaçan minalar basdırılmasını davam etdirir. Mina problemi ilə əlaqədar bu sahə üzrə məsul xarici qurum­lar, eləcə də “dünya nizamına” iddialı dövlətlər təsirli addımlar atmır. Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmasa, Ermənistanın təxribatları davam edəcək.

Hazırda Azərbaycan Ordusu istənilən təxribat hallarına qarşı qabaqlayıcı tədbirləri yüksək sa­yıqlıqla davam etdirir. Lakin Ermənistan mütləq sülhə məcbur edilməlidir. Məğlub edilmiş işğal­çı ölkədə revanşist siyasətin və qüvvələrin baş qaldırmasına imkan vermək olmaz. Mövcud olmaq perspektivini təhlükədə qoymuş dava­kar ölkənin kor bir ümidlə baxdığı revanşizm təkcə Azərbaycana deyil, bütün regiona siyasi təhlükələr yaradır.

Tural İSMAYILOV,

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq

30 Sentyabr 2022 02:05 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə