Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhrəman hərbçilərimizin fədakarlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərindəki tarixi Qələbəsindən bir həftə sonra dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri ilə yenidənqurma, bərpa-quruculuq işlərinin əsası qoyuldu. Xatırladım ki, ilk səfər Qələbədən bir həftə sonra Füzuli və Cəbrayıl rayonlarına reallaşmışdı. Bundan sonra, işğaldan azad edilmiş ərazilərimizə səfərlər mütəmadi xarakter aldı və hər dəfə də yeni müəssisələrin əsası qoyuldu.

 

Tarixi Qələbəmizdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda görülmüş işlər dünya ictimaiyyətini heyrətə salıb. Çətin relyefə malik olan həmin ərazilərdə üç hava limanı­nın tikintisinin əsasının qoyulması, artıq Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan hava limanında tamamlama işlərinin görülməsi, Laçın rayonunda isə daha bir hava limanının təməlinin qoyulması ölkəmizin həm iq­tisadi gücünün, həm də düşünülmüş siyasi kur­sunun məntiqi nəticəisidr.

Bir neçə gün əvvəl möhtərəm Prezidentimiz və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri Füzuli rayonunun Qaraxanbəyli kəndinə reallaşdı. 27 sentyabr Anım Günündə səfərin Füzuli rayo­nunun Qaraxanbəyli kəndinə baş tutması heç də təsadüfi deyil. Xatırladım ki, 2020-ci il sent­yabrın 27-də Ermənistan ordusu sərhədboyu ərazilərimizdə genişmiqyaslı təxribatlar törədən zaman aldığı ilk ağır zərbə nəticəsində Füzulu rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Ho­radiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndi döyüşlərin birinci günündə azad edilmişdir. İlk şəhidimizi də bu ərazilərdə verdik. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılması Vətən uğrunda canından keçənlərə hörmət və ehtiramın növbəti nümunəsidir.

Dövlət başçımız və birinci xanım Füzulidə Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstəsi qoydular və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dövlət başçımız dedi ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Bu istiqamətdə düşmənin birinci müdafiə xəttini yararaq, bizim Zəfər yürüşümüz başlamışdı.

Prezident İlham Əliyev xatirə lövhəsinin önündə çıxışı zamanı qəti şəkildə bəyan etdi ki, qoymayacağıq bir daha düşmən başını qaldır­sın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını qurban verdilər. Onların qanı yerdə qalmadı. Biz döyüş meydanında qisasımızı al­dıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qırx dörd gündə rəşadətli ordumuz Azərbaycan tarixinə yeni səhifə yazdı. Bu tarixi Qələbə Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallıq artıq dünya birliyi tərəfindən də etiraf edlir.

Bu şanlı Zəfərin əldə edilməsində Azərbaycan xalqı bütün gücünü səfərbər etdi, yumruq kimi birləşərək düşməni doğma torpaqla­rımızdan qovdu. Dövlət başçımız da Azərbaycan xalqının birlik, iradə göstərdiyini diqqətə çatdır­dı. Dedi ki, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub - yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu tor­paqlara yenidən həyatı qaytarırıq. Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirdi ki, qoymayacağıq bir daha düşmən başını qaldır­sın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın: “ Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmaya­caq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

30 Sentyabr 2022 01:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə