Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Elmin İnkişafı Fondu beyin mərkəzləri ilə elmi qurumlar arasında əməkdaşlığın inkişafında lazımi dəstəyi göstərməyə hazırdır”

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova tədbirlə bağlı fikirlərini “Xalq qəzeti”nin oxucuları ilə bölüşüb:

– Bu gün Azərbaycanda el­min inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Elm və texnologiyanın inkişafı, ölkədə qabaqcıl innovasiya siste­minin nəzəri, metodoloji və tətbiqi elmi əsaslar üzərində formalaş­dırılması Azərbaycan Respubli­kasının dövlət siyasətinin strateji məqsədlərindəndir.

Analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması müasir dövrün tələbinə çevrilib. Beyin mərkəzləri dövlətin mühüm məsələləri ilə bağlı problemlərin, əsasən, öncədən sezilməsinə və həllinə yönəlmiş tədqiqatlar aparan, qərar qəbul edən şəxslərə konkret tövsiyələr təklif edən qurumlardır.

Hazırda ölkəmizdə “Türk–İslam” Araşdırma Mərkəzi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, “REGİ­ON” Beynəlxalq Analitik Mərkəz (RBAM), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və digər analitik mərkəzləri fəaliyyət göstərir.

Həm beyin mərkəzləri, həm də elmi tədqiqatlarla məşğul olan qurumlar Azərbaycanın elmi potensialı və nüfuzunun yüksəlməsinə xidmət edir. Be­yin mərkəzlərinin ölkənin elmi-tədqiqat müəssisələri və təşkilatları ilə birgə fəaliyyət göstərməsi, bütövlükdə, elmin koordinasiyası­nın təkmilləşdirilməsi istiqamətində vacib məsələlərdəndir.

Forumda səslənən fikirlərdən bu qənaətə gəldim ki, Azərbaycanda be­yin mərkəzlərinin inkişafı, səmərəli əməkdaşlıq əlaqələrinin təşkili, ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi, ana­litikanın keyfiyyətini yüksəltmək məqsədilə respublikanın elmi-in­tellektual potensialından, alim və mütəxəssislərin təcrübələrindən fay­dalanmaq olduqca vacibdir. Eyni za­manda, beyin mərkəzlərində prioritet istiqamətlərdə aparılan tədqiqatların reallaşdırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, el­min maliyyələşdirilməsi və kommer­siyalaşdırılması, innovativ biliklərin artırılması son dərəcə aktual məsələlərdir.

İnanıram ki, beyin mərkəzləri ilə elmi-tədqiqat institutları və labora­toriyalar arasında birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması dövlət səviyyəsində aktual problemlərin tez bir zaman­da həll edilməsinə təkan verəcək. Beyin mərkəzləri arasında elm adamlarının da iştirakı ilə ictimai müzakirələr, konfranslar, seminar­lar və digər tədbirlər təşkil etmək də bu yöndə vacib addımlardan hesab edilməlidir.

Elmin İnkişafı Fondu da öz növbəsində beyin mərkəzləri ilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlar arasında münasibətlərin qurulmasında ma­raqlıdır və bu kimi əməkdaşlıqların inkişafında lazımi dəstəyi göstərməyə hər zaman hazırdır.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

30 Sentyabr 2022 00:35 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə