Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“EaPEC 2022” beynəlxalq konfransı davam edir

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (EaPEC 2022) seksiya iclasları ilə davam edir.

Tədbirdə AMEA-nın elmi-tədqiqat ins­titutlarının rəhbərləri, 70-ə yaxın ölkəni, o cümlədən mü­vafiq beynəlxalq təşkilatları və nü­fuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.

Konfransın birin­ci günündə, rəsmi açılış mərasimindən sonra “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” istiqamətləri üzrə seksiya iclasları keçirilib.

Seksiya iclaslarında “Avropada açıq və ədalətli elm üçün təlim ekosisteminin yaradılması”, “Milli Rəqəmsallaşma İmpuls Proqramı”, “Təhsil üçün SURF e-kontenti”, “Milli tədqiqat və təhsil şəbəkələri milli səviyyədə öyrənmə texnologiyalarının qəbulunu necə sürətləndirə bilər?”, “ULAKBİM-də “open access”in tətbiqi tarixi”, “AzScienceNet: nailiyyətlər, çağırışlar və perspektivlər”, “GRENA-da kibertəhlükəsizlik”, “Mərkəzi və Şərqi Avropada kibertəhlükəsizlik labo­ratoriyası və təhsil təşəbbüsləri” və s. mövzularda məruzələr təqdim olunub.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, su­allar cavablandırılıb.

“Xalq qəzeti”

30 Sentyabr 2022 00:20 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə