Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şimal axını” kəmərlərində qəza: “kobud sabotaj”, yoxsa “beynəlxalq terrorizm aktı”?!

Məlum olduğu kimi, sentyabrın 26-da “Şimal axını-2” qaz kəmərinin xətlərindən birində qəza baş verib. Danimarkanın Bornxolm adasından keçən “A” borusunda təzyiqin aşağı düşdüyü qeydə alınıb. Həmin gün bir qədər sonra kəmərin operatoru ikinci xətdə də təzyiqin düşdüyü barədə məlumat yayıb.

“İzvestiya.ru”nun ver­diyi məlumata görə, qaz kəmərinin operatoru “Nord Stream AG” bəyan edib ki, boruların bərpa müddəti ilə bağlı hazırda qiymətləndirmə aparmaq mümkün deyil.

Hadisədən dərhal sonra Avropa ölkələri və Rusiya arasında qarşılıqlı ittihamlar başlayıb. Avropa Komissiyası qəzanın nəticələrini yoxlama­ğa və onun ekologiyaya və gəmiçiliyə təsirini öyrənməyə başlayıb. İsveç polisi “kobud sabotaj” maddəsi ilə cinayət işi açıb və təhqiqata başlayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qəzaya səbəb di­versiya hərəkətləri ola bilər. Onun sözlərinə görə, baş ver­miş hadisə bütöv bir qitənin enerji təhlükəsizliyinə toxu­nur.

Sentyabrın 28-də Rusiya Federal Təhlükəsizlik Xidməti “Şimal axını” və “Şimal axı­nı-2” qaz kəmərlərində partlayışları nəzərə alaraq “beynəlxalq terrorizm aktı barədə” cinayət işi açıb.

Dünən qəzaların aradan qaldırılması haqqında danı­şan RF Dövlət Dumasının energetika komitəsinin sədri Pavel Zavalnı bildirib ki, hər iki kəmərdə partlayışların nəticələrini ləğv etmək üçün azı yarım il vaxt lazımdır. O, təmir işlərinin iki istiqamətdə gedə biləcəyini qeyd edib: boruları su altında təmir etmək üçün xüsusi konstruk­siyadan – kessondan istifadə oluna bilər, yaxud borular ye­rin səthinə qaldırılaraq təmir edilər.

Komitə sədri deyib: “Üsul­lardan biri kesson hazırlan­masıdır ki, o, borunun üzərinə geydirilir. Dənizdə dərinlik buna imklan verir. Amma bu çətin sualtı mühəndis qur­ğusunu yaratmaq lazımdır. Bunun üçün də bir neçə ay vaxt tələb olunur. Borunu su­yun altından torpağın səthinə çıxarmaq üçünsə 3 min tona qədər yük qaldıra bilən kran­lardan istifadə olunmalıdır. Bunun üçün də vaxt lazımdır”.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 Sentyabr 2022 23:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə