Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları vebinarda iştirak ediblər

Sentyabrın 28-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova, büronun mühəndis proqramçısı Yeganə Muradova və mühəndisi Güllü Məhərrəmova vebinarda iştirak ediblər.

RSXM-nin informasiya şöbəsindən bildirilib ki, “Dam platforması ilə əməliyyatların və bənd təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda təşkil olunan vebinarda “Kinemetriks” şirkətinin İsveçrə üzrə direktoru Mohamed El İdrissi "Seysmikliyin su hövzələrinə təsiri" mövzusunda məruzə ilə çıxış edib.

Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

29 Sentyabr 2022 21:46 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə