Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın xarici üzvü Koişiro Matsuuranın 85 yaşı tamam olur

Bu gün AMEA-nın xarici üzvü, hüquq elmləri doktoru Koişiro Matsuuranın 85 yaşı tamam olur.

O, 29 sentyabr 1937-ci ildə Tokioda anadan olmuşdur. 1956-1959-cu illərdə Tokio Universiteti Hüquq fakültəsində oxuyub, sonra isə təhsilini ABŞ-ın Pensilvaniya ştatının Heyverford kollecinin iqtisadiyyat fakültəsində davam etdirib.

Alim 2006-cı ildə Filippinin Santo Tomas Universitetində hüquq elmləri doktoru, 2008-ci ildə isə Koreya Respublikası Kyung Hee Universitetində fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O, 1963-1968-ci illərdə Yaponiyanın Xarici İşlər Nazirliyinin mərkəzi idarəsində müxtəlif vəzifələri icra edib. 1974-1975-ci illərdə Xarici İşlər Nazirliyinin Birinci Şimali Amerika şöbəsinin Siyasi İşlər üzrə müdiri, sonra isə Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlıq şöbəsinin müdiri olub. 1977-1980-ci illərdə Yaponiya Səfirliyinin Amerika Birləşmiş Ştatları üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

K.Matsuura 1992-1994-cü illərdə Yaponiyanın Xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 1994-cü ildə Yaponiyanın Fransadakı səfiri təyin olunan ictimai xadim fəaliyyət göstərdiyi müddətdə Fransa-Yaponiya münasibətlərinin möhkəmlənməsində böyük rol oynayıb.

O, 20 oktyabr 1999-cu ildə UNESCO-nun baş direktoru vəzifəsinə təyin edilib. Təşkilatın sayca doqquzuncu rəhbəri olan K.Matsuura Asiya ölkələrinin bu vəzifəyə təyin olunan ilk nümayəndəsi idi. 12 oktyabr 2005-ci ildə isə 4 il müddətinə UNESCO-nun baş direktoru vəzifəsinə yenidən seçilib.

Görkəmli ictimai-siyasi xadimin “21-ci əsrin çağırışlarına cavab vermək” (ingilis və fransız dilində), “Yeni UNESCO-nun yaradılması” (ingilis və fransız dilində), “Keçid ili” (ingilis və fransız dilində), “Yaponiya və Fransa arasında əlaqələrin inkişafı və perspektivləri” (fransız dilində), “G-7 zirvəsi: tarixi və perspektivləri” (yapon dilində), “Yaponiya-Amerika əlaqələrinin tarixi” (Yapon dilində) kimi kitabları çap olunub.

K.Matsuura beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 10 iyun 2008-ci il tarixində Rusiya Xalqlar Dostluğu Universitetinin Fəxri doktoru seçilib.

Alim səmərəli fəaliyyətinə görə 23 aprel 2001-ci ildə Böyük Litva knyazı Qyadiminas ordeninin “Böyük xaç kavaleri” dərəcəsinə layiq görülüb.

19 iyul 2006-cı ildə ona “Qütb ulduzu” ordeni, 2002-ci ildə isə “Sivilizasiyalar dialoqu” beynəlxalq mükafatı təqdim olunub.

2003-cü ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri doktorudur.

Rusiya İncəsənət Akademiyasının Xarici fəxri üzvüdür.

K.Matsuura 12 may 2008-ci ildə AMEA-nın xarici üzvü seçilib.

29 Sentyabr 2022 18:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
4 Dekabr 2022 | 03:39
Ən yüngül noutbuk
3 Dekabr 2022 | 07:42
“Süni zəka”ya sərmayə
3 Dekabr 2022 | 07:31
“Pars IV” texnikaları
3 Dekabr 2022 | 07:24
Supergizli hərbi smartfonlar
3 Dekabr 2022 | 06:42
Robot polislər

Köhnə versiyamızdan xəbərləri izlə