Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“EaPEC 2022” beynəlxalq konfransı davam edir

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (EaPEC 2022) seksiya iclasları ilə davam edir.

Tədbirdə AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-ə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.

Konfransın birinci günündə, rəsmi açılış mərasimindən sonra “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” istiqamətləri üzrə seksiya iclasları keçirilib.

Seksiya iclaslarında “Avropada açıq və ədalətli elm üçün təlim ekosisteminin yaradılması”, “Milli Rəqəmsallaşma İmpuls Proqramı”, “Təhsil üçün SURF e-kontenti”, “Milli tədqiqat və təhsil şəbəkələri milli səviyyədə öyrənmə texnologiyalarının qəbulunu necə sürətləndirə bilər?”, “ULAKBİM-də “open access”in tətbiqi tarixi”, “AzScienceNet: nailiyyətlər, çağırışlar və perspektivlər”, “GRENA-da kibertəhlükəsizlik”, “Mərkəzi və Şərqi Avropada kibertəhlükəsizlik laboratoriyası və təhsil təşəbbüsləri” və s. mövzularda məruzələr təqdim olunub.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

29 Sentyabr 2022 16:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
4 Dekabr 2022 | 03:39
Ən yüngül noutbuk
3 Dekabr 2022 | 07:42
“Süni zəka”ya sərmayə
3 Dekabr 2022 | 07:31
“Pars IV” texnikaları
3 Dekabr 2022 | 07:24
Supergizli hərbi smartfonlar
3 Dekabr 2022 | 06:42
Robot polislər

Köhnə versiyamızdan xəbərləri izlə