Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

I Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib

28-29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Manisa Celal Bayar Universitetinin birgə təşkilatçılığı ilə I Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib. Konfransın açılışını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov edib. Daha sonra Akademiyanın rektoru professor Hüseyn Qaraşov konfrans iştirakçılarını salamlayıb və konfransın məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq olduğunu vurğulayıb.

Konfransa onlayn olaraq qatılan Manisa Celal Bayar Universitetinin rektoru prof.dr Ahmet Ataç da iştirakçıları salamlayıb və Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən rektor, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib, konfransın təşkilinin məqsədinin hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəldilməsi olduğunu vurğulayıb. Sonra konfransın proqramına uyğun olaraq, “Şuşa ili”nə həsr olunmuş video-çarx təqdim olunub. Açılışdan sonra iştirakçılar bölmələr üzrə çıxış ediblər. Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Konfrans hibrid formatda təşkil olunub. Ölkəmiz və Türkiyə ilə yanaşı, Kanada, İran və Qazaxıstanın müxtəlif Universitet, Eli Tədqiqat İnstitutları və təşkilatlarından ümumilikdə 86 nəfər iştirakçı konfransa qatılıb. Tədbirdə xarici ölkələrdə yaşayan və gəlmə imkanları olmayan 10 nəfər onlayn bölmədə iştirak edib.

Konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır. Eyni zamanda da Vətən uğrunda canından keçən şəhidlərimizi unutdurmamaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

"Xalq qəzeti"

29 Sentyabr 2022 15:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə