Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni media subyektlərinin reyestri necə aparılacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli fərmanı ilə ölkəmizdə “Media Reyesterinin aparılması qay­daları” təsdiq edilmişdir. Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma məsələsi ilə bağlı KİV-ə açıqlamsında bildirib: 
– “Media haqqında” qanunun 62.2-ci və 62.3-cü maddələrinə əsasən, çap mediası və onlayn media subyekti fəaliyyətə başlamaz­dan 7 gün əvvəl Media Reyestrinin aparılması qaydalarına uyğun olaraq Agentliyə müraciət etməlidirlər. Daha sonra onların müraciətlərinə qeyd edilən qanunvericiliklə nəzərdə tutu­lan qaydada və müddətdə baxılaraq müvafiq məlumat veriləcək. 
Qanunun 78.3-cü maddəsinə görə isə qa­nun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Agentliyə müraciət etməlidir. Beləliklə, hazırda fəaliyyət göstərən media subyektlərinin reyestrə müraciət etmək üçün 6 ay vaxtı olacaqdır.
Audiovizual media subyektləri isə fəaliyyətə başlamaq üçün Audiovizual Şu­radan lisenziya almalıdırlar. Qanuna görə, onların məlumatlarının Media Reyestrinə da­xil edilməsi də Audiovizual Şuraya həvalə olunub. Odur ki, məhz Şuranın müvafiq müraciətindən sonra Medianın İnkişafı Agent­liyi həmin subyektləri Media Reyestrinə daxil edəcək və onlara Media Reyestri Şəhadətnaməsi verəcək.
Media Reyestri xidmətinin rəhbəri jurnalistlərin Media Reyestri ilə bağlı açıq­lamasında isə qeyd edib ki, bunun üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır:
– Bu tələb jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bu yanaşma beynəlxalq təcrübədən irəli gəlir. Belə ki, dünyada kifayət qədər məşhur media nümayəndəsi var ki, ixtisası tamamilə fərqlidir.
O ki qaldı fərqli ixtisas sahiblərinin jurna­listika baxımından peşəkarlığı məsələsinə, həmin şəxsin Media Reyestrinə qəbul olun­ması üçün tələblərdən biri də jurnalistika sahəsində, ən azı 3 il təcrübəyə malik olma­sıdır. Düşünürük ki, 3 illik təcrübə onun bu peşənin xüsusiyyətlərini mənimsəməsi üçün kifayət edər.
“Xalq qəzeti”

29 Sentyabr 2022 01:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə