Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

29 sentyabr – Turizm işçiləri günüdür

Biz artıq Turizm işçiləri günü münasibətilə keçirilən tədbirlərdə ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı barədə ürəklə söz aça bili­rik. Bu, 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmiz nəticəsində mümkün olmuşdur. 
Prezident İlham Əliyev 2020-ci il noyabrın 20-dən etibarən işğaldan azad edilmiş rayonlarımıza reallaşdırdığı səfərlərin hamısında qeyd edir ki, bu torpaqların çox bö­yük turizm potensialı var və biz Ağdamı, Şuşanı, Kəlbəcəri regionun əsas turizm mərkəzlərindən birinə çevirəcəyik. İndi təkcə bu məsələdə deyil, istənilən mövzu ətrafında da­nışan ekspertlər deyirlər ki, Prezident İlham Əliyev nəyi edəcəyik deyirsə, onu mütləq reallaşdırır. Dövlət başçımı­zın “Biz bu əraziləri turizm məkanına çevirəcəyik” tezisi turizm mütəxəssislərinin də sevincinə səbəb olmuşdur və artıq bu istiqamətdə kəsərli addımlar atılır. 
Xatırladaq ki, bu gün ölkəmizdə xeyli turizm şirkəti fəaliyyət göstərir. Həm koronavirus pandemiyasına, həm də beynəlxalq aləmdə davam edən iqtisadi problemlərə görə həmin şirkətlərin fəaliyyətində müəyyən çətinliklər yaranmışdı. Son zamanlar o çətinliklər qismən də olsa, ara­dan qaldırılır. Sahənin mütəxəssisi kimi tanınmış turizm şirkəri olan “Qlobus”un prezidenti Eldəniz Səfərovla gö­rüşüb söhbət etdik. 
Həmsöhbətimiz dedi: Azərbaycanda turizmin in­kişaf etdirilməsi üçün atılan ilk addımların sırasında “Azərbaycan Respublikası Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət Proqram”larının icrası çərçivəsində reallaş­dırılan tədbirləri qeyd etmək lazımdır. 
Biz şadıq ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minatəmizləmə, yolla­rın çəkilməsi, elektrik və qaz xətlərinin bərpası həmin ərazilərdə də turizmin inkişafına stimul verəcək. 
Həmsöhbətim qeyd etdi ki, həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev ölkəmizdə mükəmməl turizm sənayesinin formalaşdırılmasına zəmin yaradıblar. Biz məhz həmin baza üzərində Azərbaycan tu­rizminin inkişafına yeni töhfələr vermək əzmindəyik. 
Hazırladı: Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

29 Sentyabr 2022 00:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə