Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Zaxarova: ABŞ Rusiyanı nüvə gündəliyinə cəlb etməyə çalışır

ABŞ Rusiyanı nüvə gündəliyinə cəlb etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Bu barədə dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Məlumatı “İzvestiya.ru” yayıb. 
Zaxarova “Sputnik” radiostansiyası­nın efirində bildirib: “Onlar bu mövzuda asanlıqla danışırlar, bütün vasitələrdən istifadə edirlər ki, bizi bu gündəliyə cəlb etsinlər. Onlar məhdudiyyətsiz hər cür vasitədən istifadə edirlər”. O qeyd edib ki, ABŞ, həqiqətən, total dağıdıcılıqla məşğul olur. Sentyabrın 27-də “Politiko” ABŞ-ın Rusiyanın nüvə silahlarını ciddi şəkildə izlədiyini yazıb. Məlumata görə, Vaşinqton və müttəfiqləri hava və kosmik vasitələrin tətbiqi, eləcə də kiberməkanda əməliyyatlarla bağlı faktların toplanması istiqamətində səyləri gücləndiriblər. Qərb kəşfiyyatı əslində öyrənməyə çalışır ki, Ru­siya Ukraynada nüvə silahından istifadə edə bilərmi. 
Həmin gün Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, ölkəsi lazım gələrsə, özünün nüvə doktrinasına əsaslanaraq, nüvə silahını tətbiq edə bilər. 
Ona qədər, sentyabrın 25-də Ukray­na Prezidenti Volodimir Zelenski CBS-yə müsahibəsində bildirmişdi ki, RF Prezi­denti Vladimir Putin nüvə silahı haqqında danışarkən yalan demir. O, Rusiyanı da­yandırmaq üçün Ukraynanın müttəfiqlərini Moskvaya qarşı təzyiqləri artırmağa çağır­mışdı. 
Bununla bağlı ABŞ Dövlət Departamenti başçısının silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Bonni Cenkins demişdi ki, Birləşmiş Ştatlar Rusi­yanın nüvə silahından mümkün istifadəsi ilə bağlı bəyanatlardan narahatdır. 
Paşa ƏMİRCANOV,

“Xalq qəzeti” 

28 Sentyabr 2022 23:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 Dekabr 2022 | 00:54
Süni qan transferi
6 Dekabr 2022 | 00:44
Stiv Cobsun kompüteri
6 Dekabr 2022 | 00:36
Tesladan yeni təqdimat
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər

Köhnə versiyamızdan xəbərləri izlə