Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Belçika 
Növbədənkənar iclas 
NATO-nun Baş katibi Yens Stoltenberq qurumun mənzil-qərargahında Milli Silahlanma üzrə Direktor­lar Konfransının (CNAD) növbədənkənar iclasında müttəfiqləri hərbi ehtiyatla­rı mümkün qədər artırma­ğa davam etməyə çağırıb. Onun sözlərinə görə, NATO müttəfiqləri döyüş sursatı ehtiyatlarını artırmalı və Ukray­naya lazım olan dəstəyi təmin etmək üçün birgə işləməyə davam etməlidir. 
Xəbəri “Bild” verib. 
ABŞ 
Dünyanın ən zəngin insanı 
“Forbes” nəşri dünyanın ən zəngin 400 biznesmeni­nin adını açıqlayıb. Bildirilir ki, siyahıya ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi Elon Musk başçılıq edir. Nəşr yazır ki, o, cari ildə sərvətini 60 milyard dollar artırıb. Hazırda onun varida­tının 220 milyard dollardan çox olduğu qeyd edilir. 
Xəbəri “Bloomberg” verib. 
Fransa 
Hərbi büdcə artırılır 
Fransa hökuməti 2023-cü ildə ölkənin hərbi büdcəsinin təqribən 3 milyard avro artırı­lacağını bildirib. Bununla da ardıcıl altıncı dəfə artırılan hərbi büdcə 43,9 milyard avro təşkil edəcək. 
Qeyd olunur ki, hazırda Fransada 2024-2030-cu illərdə silahlı qüvvələrin və silahlanmanın inkişafına dair yeni proq­ram hazırlanır. Layihə cari ilin dekabr ayından gec olmaya­raq parlamentə təqdim olunacaq. 
Məlumatı “Defense News” yayıb. 
Böyük Britaniya 
Kralın simvolu ictimaiyyətə açıqlanıb 
Böyük Britaniyanın yeni Kralı III Çarlzın kral simvo­lu ictimaiyyətə açıqlanıb. Bildirilir ki, dövlət binala­rında, sənədlərdə və poçt qutularında istifadə oluna­caq simvol bir çox dizaynlar arasından Kral III Çarlz tərəfindən şəxsən seçilib. Simvol onun adının baş hərfi olan C və latın dilində kral mənasını verən Rex sözünün ilk hərfini, həmçinin 3 rəqəmini özündə birləşdirir. Yeni monarxın simvolu Kraliça II Elizabetin “E II R” simvolunu əvəz edəcək. 
Xəbəri “The Guardian” verib. 
Bolqarıstan 
“F-16” qırıcıları alınacaq 
Bolqarıstan hökuməti Rusiya istehsalı olan “Miq 29” qırıcılarını əvəz etmək üçün ABŞ-ın “Lockhed Mar­tin” şirkətinin istehsalı olan “F-16C/D” “Blok 70” hərbi təyyarələri alır. Artıq tərəflər arasında müqavilə bağlanıb. Müqavilənin dəyəri 1,3 milyard dollar təşkil edir. Razılaş­maya əsasən, “Lockhed Martin” kompaniyası Bolqarıstana NATO standartlarına cavab verən 8 ədəd “F-16C/D” “Blok 70” qırıcıları və onların ehtiyat hissələrini tədarük edəcək. 
Məlumatı “Euronews” yayıb. 
Türkiyə 
Müqaviləyə xitam verilib 
Türkiyənin “Trabzonspor” klubu futbolçusu An­ders Trondsenlə yollarını ayırıb. Müqaviləyə qarşı­lıqlı razılıq əsasında xi­tam verilib. Razılaşmaya əsasən, oyunçuya 1 milyon 252 min 500 avro təzminat ödəniləcək. Qeyd edək ki, “Trabzonspor”la Trondsen arasında 2020-ci ildə dördillik müqavilə imzalanmışdı. 
Xəbəri “Anadolu” verib. 
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti” 

28 Sentyabr 2022 23:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə