Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADY Sumqayıt-Pirşağı-Bakı qatarında sıxlıqla bağlı açıqlama yayıb

Sentyabrın 15-dən 27-nə qədər Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

 Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.

Qurum hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunduğunu bildirib.

“Hazırda hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunsa da, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib”.
Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır. Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

28 Sentyabr 2022 22:34 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə