Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail Təhlükəsizlik Akademiyası: Bütün Qarabağ müharibəsi şəhidlərini ehtiramla anırıq

Hər zaman dost, qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yaydığı məlumatda yer alıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə erməni təxribatı ilə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçisi böyük şücaət və igidlik göstərərək erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib. İkinci Qarabağ müharibəsində 3 minə yaxın Azərbaycan hərbçisi şəhid olub. Bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinin sentyabrın 27-si Anım Günüdür.

“Biz Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş və canından keçmiş hərbçilərin xatirəsini ehtiramla anırıq. Dost və qardaş Azərbaycan xalqına‚ dövlətinə və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Erməni təxribatlarını‚ vandalizmini və erməni cinayətlərini şiddətlə pisləyir‚ hər zaman qardaş Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi daimi və əbədi olsun. Şəhidlərə Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Qarabağ Azərbaycandır!”, - deyə məlumatda qeyd edilib.

28 Sentyabr 2022 20:55 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə