Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlamentin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Rauf Əliyev sentyabrın 29-dan oktyabrın 3-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev QDİƏT PM-in, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev isə Milli Məclisin xətti ilə Bolqarıstanda keçiriləcək parlament seçkilərini izləyəcəklər.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, orada yaradılmış şəraitə, seçkilərə hazırlığa diqqət yetirəcək, seçki günü prosesin gedişini müşahidə edəcəklər.

28 Sentyabr 2022 20:44 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə