Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəyə gətirilən kartofda karantin tətbiq edilən orqanizm aşkarlanıb

Azərbaycana gətirilən ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, "Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

28 Sentyabr 2022 19:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə