Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat komandası oktyabrın 3-də Avstriyanın Mayrhofen şəhərində start götürəcək Avropa Şahmat Klub Kubokunda iştirak edəcək.

Federasiyadan "Xalq qəzeti"nə verilən məlumata görə, 6 gün davam edəcək kişilərin yarışında ölkəni “Vüqar Həşimov” komandası təmsil edəcək. Heyətdə üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər Babazadə və Anar Allahverdiyev yer alıb. Sonuncu həm də komandanın kapitanı olacaq.

26-cı dəfə təşkil edilən qadınların yarışında isə “Odlar Yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım Balacayeva, Gövhər Beydullayeva qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir 7 turdan ibarət olacaq.

28 Sentyabr 2022 18:47 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər

Köhnə versiyamızdan xəbərləri izlə