Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Bu barədə "Xalq qəzeti"nə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir A. Kərimov Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib. 

Qeyd edək ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

28 Sentyabr 2022 17:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2022 | 00:28
Ankarada muğam axşamı

Köhnə versiyamızdan xəbərləri izlə