Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qətərdəki səfirliyində Anım Günü tədbiri keçirilib

Azərbaycanın Qətərdəki səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı tarix yazmış Azərbaycan övladlarının, şəhid və veteranların keçdiyi döyüş yolundan danışıb.

Diplomat 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başladığını vurğulayıb. Deyib ki, 44 günlük müharibədə Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları və Şuşa şəhəri işğaldan azad edilib.

Sonra Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonda Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehsan verilib.

28 Sentyabr 2022 16:09 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə