Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir müavini Saatlı rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov oktyabrın 7-i Saatlı rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 28 sentyabr - 4 oktyabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

28 Sentyabr 2022 16:38 - CƏMİYYƏT
CƏMİYYƏT
6 Dekabr 2022 | 00:57
İnsan fəsillər kimidir...

Köhnə versiyamızdan xəbərləri izlə