Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polad Həşimov indi bütün Azərbaycanın oğludur

Azərbaycanı 2020-ci ilin 27 sentyabr Zəfər savaşına yaxınlaşdıran 2 ay yarım əvvəl baş vermiş iyul hadisələri zamanı qorxubilməz general Polad Həşimovun qəhrəmancasına şəhadəti xalqımızın qəzəb və intiqam hisslərini coşdurmaqla Vətənin xilası uğrunda kütləvi səfərbərlik hərəkatı yaratdı. Ermənistanın irimiqyaslı hərbi təcavüzünə cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə II Qarabağ savaşı başlayanda ölkə rəhbərinin xalqa müraciətindən sonra Polad Həşimovun yolu ilə minlərlə gənc cəbhəyə can atdı. Məhz həmin gənclər bu müqəddəs savaşın sonunda şəhid generalımızın da qisasını aldılar.

Şəhid general ölümündən sonra Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəman adı­na layiq görüldü. Ötən dövrdə Polad Həşimovun adına mah­nılar yazıldı, haqqında kitablar nəşr edildi, onun qəhrəmanlığı dillərdə dastan oldu. 45 yaşın­da xalqın gözündə əfsanəyə çevrilmək, Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yaz­dırmaq hər kəsə nəsib olmur. Bu ali məqam general Polad Həşimovun yarımçıq qalan öm­rünü xalqın qəlbində əbədi ola­raq yaşadacaq.

Azərbaycanın Milli Qəhrəmanı, general-ma­yor Polad Həşimovun ana­sı Səmayə Həşimova buil­ki anım günündə oğlunun məzarını ziyarət edərkən 44 günlük qəhrəmanlıq marafo­nunun sonunda dəmir iradəli oğullarımızın düşməni diz çökdürməsinin, bu müqəddəs savaşda şanlı bir qələbə əldə edilməsinin əhəmiyyətindən danışaraq bildirdi:

– Azərbaycan dövləti bu qələbəni şəhidlərin qanı, canı bahasına əldə edib. Biz qələbəni hərbi texnika ilə yanaşı, Azərbaycan Ordusu­nun yüksək döyüş bacarığı, müzəffər Ali Baş Komandanın iradəsi, gənclərin Vətən sevgisi ilə qazandıq. Bu gözəl Vətənin, milli ləyaqəti yüksəldilmiş ölkənin vətəndaşı olmaq olduqca məsuliyyətli və şərəflidir.

Şəhidlərimiz, qazilərimiz, igidlərimiz bi­zim günlərin qəhrəmanlarıdırlar. Qəddar düşmən igid oğullarımızı hədəfə almaqla xal­qımızı əymək istəyirdi. Ordumuzun, xalqımı­zın, rəhbərlyimizin birliyi və qətiyyəti düşmənin özünü əyib xar elədi. Qəsdimizə durmuş quldur yağılar darmadağın edilib ölkəmizdən qovuldu­lar. Bu yolda canını qurban vermiş igid oğulla­rımızın məzarları 2 ildir ki, xalqımızın ən əziz ziyarətgahına çevrilib.

Oğul itirmək, özü də general bir balanın şəhid olması ağır dərddir. Lakin bu ağrının özü boyda da təsəllisi, məlhəmi var. Polad şəhidlik zirvəsinə yüksəlməklə indi tək mənim oğlum de­yil. O, hünəri ilə bir evin insanı olmaqdan çıxıb bütün xalqımıza boy göstərən Vətən oğlu oldu. Bütün şəhidlərimizin qisməti belə bir şərəf və ucalıq oldu.

Oğullarımız bizi əymək istəyən düşməni ona görə darmadağın etdilər ki, biz heç vaxt əyilməyək. Mən bütün şəhid ata-analarına oğullarının istədikləri kimi dəyanətli və qürurlu olmağı tövsiyə edirəm, onlara səbir və dözüm arzulayıram. Allah şəhid balalarımızın ruhunu şad eləsin!

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

28 Sentyabr 2022 03:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə