Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik iclasında çıxış edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.

Tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qa­ribaşvili qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVID-19 pandemiya­sına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli ad­dımlar haqqında danışıb, əldə olunmuş̧ uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində, həmçinin Baş Prokurorluğun Beynəlxalq hü­quqi əməkdaşlıq idarəsinin rəisi Er­kin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusun­da çıxış edərək Azərbaycan Res­publikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iş­tirakçılarını məlumatlandırıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev konfransda işti­rak edib.

Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Türkiyənin Baş prokuroru Be­kir Şahinlə keçirilmiş geniş tərkibli görüşdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kamran Əliyev tarixən xalq­larımızın milli köklərə söykənən əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının apardıq­ları uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Bekir Şahin öz növbəsində 2023-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanı Krallı­ğının Baş prokuroru Şeyx Səud Əl-Müaciblə keçirilmiş görüş za­manı Baş prokuror Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirərək Səudiyyə Ərəbistanı Krallığının Baş Pro­kurorluğu və Korrupsiyaya qarşı mübarizə və Nəzarət qurumu ilə əməkdaşlığın genişlənməsinin hər iki dövlətin hüquq-mühafizə or­qanlarının mənafeyi üçün xidmət edəcəyini vurğulayıb.

Şeyx Səud Əl-Müacib öz növbəsində cari ilin may ayında ölkəmizə işgüzar səfəri zamanı aparılmış müzakirələrin iki qurum arasında əlaqələrin gələcək inkişa­fı üçün xüsusi əhəmiyyət daşıdığı­nı bildirib.

Daha sonra Litva Respublikası­nın Baş prokuroru Nida Qrunskie­ne ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Kamran Əliyev hazırda Litvanın aidiyyəti qurumları ilə “Av­ropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə Litvanın bu sahədə əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün önəmli oldu­ğunu vurğulayıb. Nida Qrunskie­ne Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə bö­yük əhəmiyyət verildiyini və münasibətlərin müvəffəqiyyətlə in­kişaf etdiyini vurğulayıb.

Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç ilə keçi­rilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev iki qurum arasında cinayətkarlıqla və kor­rupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə cari ilin oktyabr ayının sonlarında Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç və Müstəqil Antikorrupsiya quru­munun rəhbəri Daşdavaa Zandra­anın Bakıya nəzərdə tutulan səfəri ilə əlaqədar fikir mübadiləsi aparı­lıb.

Bundan başqa, Baş pro­kuror Kamran Əliyevin Sinqa­pur Respublikasının Baş pro­kuroru Lüsyen Vonqla görüşü keçirilib. Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin həyata ke­çirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qar­şı sistemli mübarizənin aparıl­ması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar barədə ətraflı məlumat verərək, ölkəmizin Sinqapurun korrupsiya­ya qarşı mübarizədə əldə olunmuş müsbət nailiyyətlərin gələcəkdə öyrənilməsi və təcrübədə tətbiq edilməsində maraqlı olduğunu bildirib. Lüsyen Vonq ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Görüşdə iki qurum ara­sında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair razılıq əldə edilib.

Həmçinin səfər çərçivəsində Baş prokuror Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamranla görüşüb. Kam­ran Əliyev milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib. Görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə, o cümlədən cinayət işləri üzə hüquqi yardım sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.

Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.

Xətayi ƏZIZOV

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

28 Sentyabr 2022 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə