Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhrəman Azərbaycan əsgəri parçalanmış Vətəni bütövləşdirdi

Bu gün nəinki Qafqaz regionunda, eləcə də beynəlxalq məkanda Azərbaycan özünün uğurlu xarici siyasəti və nüfuzu ilə seçilən bir ölkə kimi tanınır. Hətta sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin genişmiqyaslı hərbi təxribat törədib, gecənin qaranlığından və çətin keçilən ərazidən istifadə edərək silahlı qüvvələrimizin hərbi mövqeləri arasındakı yollara minalar düzməyə cəhd göstərməsinin qarşısı alınandan sonra bəzi xarici düşmən dairələrdə Azərbaycana münasibətdə ikili standartlar yenidən gündəmə gətirilsə də ölkənin haqq işinə kölgə salmaq mümkün olmadı.

ABŞ Nümayəndələr Palatasının spi­keri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər Ermənistanın yox, təçavüzkarın müdafiəsi kimi qəbul olundu. Bir sıra siyasət adamlarının qeyd etdiyi kimi, Nensi Pelosinin fikirləri bölgədəki re­allıqları kobud və qərəzli şəkildə təhrif etməkdir, Cənubi Qafqazda davamlı sül­hün, sabitliyin təmin olunmasına maneə yaratmaqdır. Amerikanın, eləcə də Av­ropanın populyar mətbuat orqanlarında səsləndirilən bu haqlı fikirlər separatizmi və xalqlararası ədavəti qızışdıanlara ca­vabdır.

Bugünlərdə “Nyu York Tayms” qəzetinin yazdığı kimi, “ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü Ermənistana səfər edərək, vəziyyətə “qarışdı”. Bu səfər cari ilin no­yabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi”.

Bütün bunlar barədə Türkiyənin Ege Universiteti Türk Dünyası Araş­dırmaları İnstitutunun müdir müavi­ni Atif Akgün mülahizə və qənatlərini bizimlə bölüşdü. Xatırladaq ki, Atif bəy ötən illərdə Türkiyə Təhsil Nazirliyi­nin göndərişi ilə Azərbaycanda – Bakı Dövlət Universitetində mübadilə proq­ramında iştirak edib. Atif bəy bildirdi ki, Azərbaycanda çalışdığı illərdə bölgənin tarixi və siyasi reallıqları ilə yaxından ta­nış olub:

– Ermənilərin təçavüzkar siyasətinin qurbanı olan insanlarla tanışlığım mənə bu işğalçı ölkənin mənfur siyasətinin mahiyyətini daha dərindən anlat­dı. Ermənistanın Azərbaycana qar­şı təcavüzkar düşmənçilik siyasətinin 200 ildən çox tarixi var və bu siyasət azərbaycanlılara qarşı davamlı soy­qırımlarla müşayiət olunub. Sovetlər dağılandan sonra isə Ermənistanın işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd yerlərindən qovul­du. Tarixi, mədəni, dini abidələr dağıdıl­dı, şəhər və kəndlər yerlə-yeksan edildi. Ən dəhşətlisi, dünyanı sarsıdan Xocalı soyqırımı törədildi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun baş­latdığı əks hücum nəticəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri bö­yük igidlik və mərdlik göstərdi, 44 günə Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etdi. Mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad edilməsi bütün Türk dünyasının həyatında ələmətdar hadisə oldu. Şuşanın işğaldan qurtulma­sı ilə Ermənistan məğlubiyyətini etiraf etdi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitul­yasiyası demək idi.

Beləliklə, 44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dün­yaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri Vətəni, torpağı yolunda şəhid oldu və bununla dünyanın müharibələr tarixində nadir rast gəlinən hünərə imza atdı: bu savaşda ölmək oldu – geriyə dönmək olmadı. Fərarilik faktının qeydə alınmaması da təsdiq etdi ki, “dəmir yumruq”da birləşənlər tarixi torpaq­ların müdafiəsi yolunda canlarından keçməyə, şəhid olmağa hazırdırlar.

– Yəqin, onu da bilirsiniz ki, Vətən müharibəsi zamanı Ermənistan rəhbərliyi və silahlı quldur dəstələri məğlubiyyətə uğrayanda yeni hərbi cinayətlərə əl atdılar, dinc əhaliyə uzaqvuran ağır silahlarla, hətta ballistik raketlərlə atəş açdılar.

– Sözsüz ki, bunlar bizim üçün də ağır oldu. Hətta bu məlumatları bütün dünyaya ilk yayan türk repart­yorlar oldu. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goran­boy şəhərlərinin top və raket atəşinə tutulması bütün beynəlxalq hüquq nor­malarına təcavüz idi. Nəticədə, dinc insanlar həlak oldular, minlərlə fərdi ev, xeyli çoxmərtəbəli bina dağıdıldı. Onu da bilirik ki, Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti işgal zamanı torpağa basdırılmış və dinc insanların həlak olmasına səbəb olan minalan­mış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir. Beynəlxalq təşkilatlar mina xətitələrini Azərbaycana verməməsinə görə Ermənistanı hərbi məsuliyyətə cəlb etməlidir.

Vətən müharibəsində əldə etdi­yimiz Qələbə Azərbaycanın çoxəsrlik tarixinə yazılan ən şanlı hadisə oldu. Burada qardaş Türkiyənin köməyi və beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstək də önəmli rol oyna­dı.

– Bəli, tarix yenidən təkrar olundu. Hələ bir əsr əvvəl Bakını bölşevik-daş­nak işğalından xilas edən Qafqaz–İslam Ordusunun şərəfli missiyasını Türkiyə bu dəfə Qarabağda davam etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün­lük Vətən müharibəsində qazandığı Qələbədə dünya bir daha Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığı­nı gördü. Bu şanlı müharibədə bütün Türkiyə, sizə dost-qardaş olan türk xalqı Azərbaycanın yanında olduğunu söylədi. İkili siyasətləri ilə dünyada oyunlar quran güc mərkəzləri bu möhtəşəm birliyi açıq-aşkar gördü.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün hökumət adamlarının çıxış və bəyanatları da təsdiq etdi ki, Türkiyə və Azərbaycan tarixən olduğu kimi, bu gün də bütün sahələrdə yaxından əməkdaşlıq edən iki dost və qardaş ölkədir. Cənab Ərdoğanın ifadə etdiyi “Biz hər an, hər məsələdə Azərbaycanın yanında olacağıq” bəyanatı 80 milyondan çox Türkiyə xal­qının sevgi və iradəsini nümayiş etdirdi.

– Son hadisələr – sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi geniş­miqyaslı hərbi təxribat Türkiyədə necə qarşılandı?

–Ermənilərin törətdiyi təxribatlar sülh müqaviləsinin imzalanmasını, sərhədlərin demarkasiya və delimitasi­ya prosesini yubatmağa hesablanmış­dı. Baş verənlər bir daha Ermənistanın revanşist niyyətlərindən hələ də əl çəkmədiyini göstərdi. Bununla ermənilər bir daha sübut etdilər ki, onlar sülhə ha­zır deyillər. Son hadisələr də bir daha təsdiqlədi ki, Ermənistan təçavüzkar siyasəti ilə Cənubi Qafqazda sülhə təhdidir. Bu davakar toplum ağlını başı­na yığmalı, düşmənçilik siyasətindən və revanşist adımlarından əl çəkməlidir. Bu halda Türkiyə də önəmli bir qonşu ola­raq onunla əməkdaşlığa hazırdır.

Baş verənlər bir daha göstərir ki, Ermənistan sülhə məcbur edilməlidir. Bir daha təsdiqləndi ki, Ermənistanın revanşist addımları məğlubiyyətə məhkumdur. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, Azərbaycan istənilən təxribat cəhdinin və qeyri-qanu­ni fəaliyyətin qarşısını almağa qadirdir. Amma Ermənistan hələ də nöqtə qoy­maq istəmədiyi əsassız ərazi iddiaları xülyası ilə məğlubiyyətini dərinləşdirir.

Bu ədalətsiz siyasətin əvəzi Azərbaycanın tarixi torpaqlarını – vaxtilə Ermənistanın sahibləndiyi Zəngəzurun, Göyçənin geri qaytarılmasını gündəmə gətirməsi ola bilər.

Maraqlı söhbətə, dəyərli fikirlərə görə çox sağ olun.

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 01:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə