Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələri hərtərəfli diqqət və qayğıya layiqdir

Anım günü ərəfəsində ölkəmizin hər yerində, idarə, təşkilat və müəssisələrdə şəhid ailələri ilə görüşlər təşkil olunur, onların problemləri dinlənilir. Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla bu rayondan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatlara baxış keçirib. Vətən müharibəsi şəhidləri Alik İsayevin və Kərim Əliyevin ailələri ilə görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Nazir şəhidlərin keçdiyi döyüş yolunu əks etdirən guşə ilə tanış olub, ailələrin sosial vəziyyəti ilə maraqlanıb, onların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlarını bildirib. Sonra ailələr üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə icra olunan sosial dəstək tədbirlərinin bir istiqaməti kimi, şəhid ailələri və müharibə iştirakçıların­dan ibarət 8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri, təsərrüfatlar qurulub. Məqsəd onların kiçik biznesə yiyələnmələri, bununla sahibkarlığa çıxı­şına şərait yaradılmasıdır. Hazırda da bu proses davam edir. Həmin ailələr dövlət tərəfindən digər dəstək tədbirləri ilə də əhatə olunublar. Onlara müvafiq sosial ödənişlər təyin olunub. Hər iki ailə göstərilən diqqət və qayğıya görə dövlət başçısı­na minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını inkişaf etdirmək üçün çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliyinin əməkdaşları ardıcıl olaraq sentyabrın 12-14-də Ermənistan si­lahlı qüvvələrinin törətdiyi təxribatların qar­şısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətlər təşkil edirlər. Belə görüşlərdən biri gizir İsma­yıl Məhərrəm oğlu Budaqlının ailəsi ilə olub. Xatırladaq ki, İ.Budaqlı sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Nazirliyin əməkdaşları, həmçinin Sabirabad rayonu Axta­cı kəndində şəhidimizin ailəsini ziyarət ediblər. Görüşdə şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görüldüyü, bundan sonra da operativ davam etdiriləcəyi bildirilib. Şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb. Görüş zamanı bildirilib ki, İsmayıl 44 günlük Vətən müharibəsi döyüşlərində də iştirak edib. Prezi­dent İlham Əliyevin sərəncamları ilə o, “Ağdamın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunub.

Həmin təxribatın qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Xəyal Elxan oğlu Süley­manovun və Turan Tərlan oğlu Məhərrəmovun ailələri də nazirliyin əməkdaşları tərəfindən ziyarət olunub. Görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsinin təmin olunması ailələrin diqqətinə çatdırılıb. Həmçinin şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirələrinin daim qəlbimizdə ya­şayacağı vurğulanıb. Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.

Nazirlik əməkdaşları tərəfindən sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edib. Növbəti görüşlər Sum­qayıt şəhərində şəhid Səmədov Elnur Sədaqət oğlunun, Şəki rayon Kiçik Dəhnə kəndində şəhid Qasımov Nihad Mehman oğlunun və Bərdə ra­yonu Təhlə kəndində şəhid Məmmədli Namiq Ağəmməd oğlunun ailəsində olub.

Görüşlərdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat verilib. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov düşmənin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Qədim Xəlilovun və Cavidan Bədəlovun İsmayıllı rayonunda yaşayan ailələrini ziyarət edib. Qeyd edək ki, Qədim Xəlilov düşmən tərəfindən törədilən təxribatın qarşısını alarkən Kəlbəcər və Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.

Daşkəsən istiqamətində gedən döyüşlərdə şəhid olan Cavidan Bədəlov isə 44 günlük Vətən müharibəsində də iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən müharibəsi iştirak­çısı” və “Kəlbəcərin azad olunmasına görə” me­dalları ilə təltif edilib.

Agentlik sədri hər iki ailənin sosial vəziyyəti ilə maraqlanıb, onlara dəstək tədbirlərinin göstərilməsi üçün artıq işlərə başlandığını bildi­rib.

Qeyd olunub ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun ola­raq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Nazirliyin əməkdaşları tərəfindən növbəti görüş şəhid Cəmil Qurbanzadənin Astara rayo­nunda yaşayan ailəsi ilə olub. Ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur. Söhbət za­manı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri­nin müavini Anar Kərimov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi ge­nişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Polad Şirinovun ailəsini ziyarət edib. Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunaraq, onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bil­dirilib ki, Prezident İlham Əliyevin tapşırığı­na əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur. Ailənin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutu­lan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov isə 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə uca­lan mayor Anar Elşad oğlu Məmmədovun ailəsini ziyarət edib. Anar Məmmədov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrun­da gedən döyüşlərdə şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib. Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayaca­ğı vurğulanıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

Bütün ziyarətlərin, görüşlərin bir məqsədi var: Şəhid ailələri bilsinlər ki, dövlət həmişə on­ların arxasındadır. Həmin ailələrə hər cür qayğı, diqqət göstərilir və bu himayədarlıq davamlı ola­caq. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

28 Sentyabr 2022 01:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə