Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK-in kollektivi Vətən qurbanlarının ölməz xatirəsini yad edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, qurumun kollektivi və üzv təşkilatların təmsilçiləri 27 Sentyabr Anım Günü ilə əlaqədar xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrun­da mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

AHİK sədri Səttar Möhbalıyev Şəhidlər xiyabanında jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulur, onların ailə üzvləri həmişə yüksək dövlət qay­ğısı ilə əhatə olunur: “Şuşanın azad edilməsi xəbərini müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xal­qımıza və dünyaya məhz buradan– Şəhidlər xiyabanından çatdırmışdı. Bu xəbərlə ilk olaraq şəhidlərin ruhunu şad etmişdi. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir. 44 gün davam edən Vətən müharibəsi tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib”.

Sonra ikinci Şəhidlər xiyabanına gələn AHİK təmsilçiləri ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

“Xalq qəzeti”

28 Sentyabr 2022 01:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə