Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda şəhidlərin xatirəsi ehtiramla anıldı

“Samux Şəhidləri” kompleksinin önündə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Alı Qocayevə Nizami Səfərov çıxış edərək dedilər ki, bu tarixi bir qələbədir. Torpaqlarımızın cəmi 44 gün ərzində düşməndən təmizlənməsi qürurverici bir faktdır. Ona görə də bu müharibədə bir çox həmvətənlərimizin şəhid olduğunu, ya­ralanaraq sağlamlıqlarını itirdiyini, parlaq qələbəmizin əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına ərsəyə gəldiyini unutmamalıyıq.

Milli Qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov isə çıxışında işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını və bunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun misilsiz əməyi nəticəsində mümkün olduğunu xüsusi olaraq vurğuladı.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

28 Sentyabr 2022 00:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə