Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA MEK-də Anım Günü ilə bağlı tədbir

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailəsi üzvləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikası­nın Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək xalqımı­zın qürur mənbəyi olan İkinci Qarabağ müharibəsindən danışıb. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz ter­rora məruz qalıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxa­rılmasını tələb edən 4 qətnaməsinə bax­mayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdır. Ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət bir­liyi Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qa­zanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi tariximizə yazıldı - deyə baş direktor bildirib.

Baş direktor qeyd edib ki, 44 günlük şərəfli döyüşdə ölkəmizin ərazi bütövlü­yü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiram əlaməti olaraq yaradılan MEK-in Qara­bağ müharibəsi qəhrəmanları fondu öz fəaliyyətini uğurla davam etdirir. Profes­sor Məmməd Əliyev fondda toplanan məlumat bazası, nəşrlər və elmi işlər istifadəçilərin, gənc alimlərin yaradıcılı­ğında dəyərli elmi mənbə rolunu oyna­yacağından əminliyini ifadə edib.

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, professor Mais Əmrahov bu günün önəmini vurğu­layaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Professor Azərbaycanda multikultural dəyərlərdən, ölkəmizin si­yasi-coğrafi mövqeyindən bəhs edib, ölkə tarixinin ən qanlı səhifələrini bir tarixçi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova çıxışında MEK tərəfindən Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranmasının təqdirəlayiq olduğunu vurğulayıb və digər kitabxanalar, qurumlar, mədəniyyət ocaqları üçün nümunə olduğunu bildirib. Lalə Hüseynova, həmçinin müharibə zamanı hərbi müxbir olaraq ezam olunduğu cəhbə bölgələrində xidmət göstərənlərin Vətən sevgisinin əyani şa­hidi olduğunu və əzmkarlıqlarını qələmə aldığını diqqətə çatdırıb.

Daha sonra MEK-in oxucusu, İkin­ci Qarabağ müharibəsi iştirakçısı, qazi Yusif Kamal Paşabəyli müharibə ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, həmin dövrdə xalq kimi necə mübariz olduğumuzu bütün dünyaya sübut etdik.

Şəhid Nicat Tanrıverdiyevin anası Şükran xanım xalqımızın şəhidlərimizi unutmağa qoymayacağına inandığını bildirib. Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Bəxtiyar Təşəroğlu 44 günlük döyüşlə bağlı xatirələrini bö­lüşüb.

Sonda Anım Gününə həsr olunmuş video nümayiş edilib.

Təqdim etdi: Anar TURAN,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə