Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkında 27 Sentyabr Anım Günü münasibətilə tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında (YTP) texnoparkın kollektivi, eləcə də onun rezidentlərinin, əməkdaşlarının iştirakı ilə 27 Sentyabr Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, haqq və şərəf işimiz olan Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğ­runda döyüşən, Vətən, xalq yolunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov bildirib ki, Azərbaycan Respubli­kası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr Azərbaycanın hər yerində Anım Günü kimi qeyd olunur.

Vasif Abbasov Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlü­yü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə ça­lışan mülki insanlar, bütövlükdə xalqımızın böyük əzm, iradə, birlik və həmrəylik nüma­yiş etdirdiyini bildirib. Baş direktor Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun zəfər qazanmaqla şan­lı tarix yazdığını vurğulayıb.

Baş direktor bildirib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına hər zaman xü­susi diqqət və davamlı qayğı göstərilir.

Daha sonra texnoparkın əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış YTP-nin rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun şərəfli dö­yüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rafiq Heydərov gəncliyini, ömrünü Vətənə fəda edərək adını heç zaman unudulmayacaq qəhrəmanlar sıra­sına yazıb. O, 2020-ci il oktyabrın 14-də Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin təxribatının qarşısını fədakarcasına alarkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğ­runda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd olunub ki, texnoparkın iki əməkdaşı – şəbəkə administratoru Qurbanəli Azayev və Ərazi idarəetmə şöbəsinin əməkdaşı Razi Nuriyev də Vətən uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək böyük igidlik və şücaət nümayiş etdiriblər. Qurbanəli Azayev “Kəlbəcərin azad olunmasına görə”, Razi Nu­riyev isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:14 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə