Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da şəhidlərin xatirəsi yad edilib

Bu gün bütün Azərbaycan xalqımız müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi, professor-müəllim heyəti də bu haqq savaşında iştirak edərək müqəddəs həkim peşələrini yerinə yetirərkən qəhrəmancasına həlak olan şəhid məzunların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

ATU kollektivi abidənin önünə təzə gül dəstələri, əklil qoyaraq şəhidlərimizi yad ediblər, onlara Allahdan rəhmət diləyiblər. Sonra mərasim iştirakçıları ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Anım Günü ilə əlaqədar olaraq saat 12:00-da ATU-nun bütün tədris binalarında, auditoriyalarda, mühazirələr və məşğələlərdə şəhidlərimizin xatirəsinı anmaq məqsədilə 1 dəqiqəlik sükut elan edilib. Universitet üzrə keçirilən dərslərdə də Vətən müharibəsi ilə bağlı müzakirələr apa­rılıb, şəhidlərimizin ruhu yad edilib.

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüş­müş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə