Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Prezidentinin ABŞ-a dövlət səfəri planlaşdırılıb

Fransa Prezidenti Emmanuel Makronun bu il dekabrın 1-də ABŞ-a dövlət səfəri planlaşdırılıb. Liderlər bir çox ikitərəfli və qlobal məsələləri müzakirə edəcəklər. Məlumatı CNN telekanalı yayıb.

Dünən Ağ evin mətbuat katibi Karin Jan-Pyer Vaşinq­tonda keçirdiyi brifinqdə bildi­rib: “Biz Fransa ilə Ukraynada­kı müharibə də daxil olmaqla bütün qlobal məsələlərlə bağ­lı sıx əməkdaşlıq edirik. Bayden Makronu yaxın və dəyərli tərəfdaş hesab edir və onunla bir sıra mühüm məsələləri, o cümlədən Ru­siyanın təcavüzünü müzakirə edəcək".

Qeyd edək ki, yarım ildən çoxdur ki, Ağ evdə dünyanın aparıcı dövlət başçılarının dövlət səfərləri keçirilməyib və bu səbəbdən ənənəvi təntənəli qəbul mərasimləri düzənlənməyib. Bu dəfə isə Vaşinqtonda Makron və onun xanımının şərəfinə yüksək səviyyədə ziyafət təşkil olu­nacaq.

Siyasi təhlilçilər hesab edirlər ki, Ağ evin Fransa Prezidentinə xüsusi diqqət göstərməsinin əsas səbəbi budur ki, Avstraliyanın Fran­sadan bahalı hərbi sualtı qa­yıqların imtina etməsindən sonra Prezident Bayden rəsmi Parisin “könlünü al­maq” istəyir.

Məlumdur ki, Baydenin sələfi Donald Tramp ilə Em­manuel Makron arasında şəxsi münasibətlər kifayət qədər “soyuq” idi. Ağ evin ha­zırkı sahibi isə Fransa liderinə dəfələrlə xüsusi rəğbətini iz­har edibdir.

Burada bir məqamı da vurğulamaq lazımdır. Av­ropada Rusiya–Ukrayna savaşının güclənməsi fo­nunda ABŞ Avropa İttifa­qı ilə sıx əməkdaşlığını genişləndirmək əzmindədir. Almaniya Kansleri Angela Merkelin istefasından sonra artıq ikinci dəfə dövlət başçı­sı seçilən Fransa Preziden­tinin Avropa İttifaqında (Aİ) “çəkisi” xeyli artıb ki, bu amil Ağ evin diqqətini cəlb etməyə bilməzdi.

M.HACIXANLI,

“Xalq qəzeti”

27 Sentyabr 2022 23:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə