Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft qiymətləri ucuzlaşır

Dünya bazarında “qara qızıl”ın qiyməti azalıb. Londonun “İCE” (“ Inter Continental Exchange Fu­tures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,16 faiz azalaraq bir bareli 86,14 dollar olub.

“NYMEX” (“New York Mercantile Exchange “) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,96 faiz azalaraq bir bareli 77,45, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,82 faiz azalaraq bir bareli 89,07 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini qaldırması və Avropaya hər gün bir milyon barel neft ixrac etməsi dünya bazarında “qara qızıl”ın qiymətinə mənfi təsir edir. Lakin bəzi mütəxəssislər bildiriblər ki, bu, müvəqqəti hal daşıyır. Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək. Çünki neftə olan tələbat çoxdur.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

27 Sentyabr 2022 23:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə