Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir beynəlxalq şirkətlərlə 3 saziş imzalayıb

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Misir Qırmızı dənizdə neft yataqlarının axtarış-kəşfiyyat işlərini həyata keçirmək məqsədilə iri beynəlxalq şirkətlərlə 3 saziş imzalayıb və seysmik tədqiqatlardan sonra qazma əməliyyatları başlanacaq.

Bildirilir ki, bu barədə Mi­sirin neft naziri Tariq Əl-Molla jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Misirin Cənub Vadisi Neft Hol­dinqi Qırmızı dənizdə zəngin neft yataqları olduğunu təsdiq edib və xarici şirkətlərlə əməkdaşlıq şəraitində onla­rın istismarına başlayacaq. O əlavə edib ki, Aralıq və Qır­mızı dənizlərdə yeni neft-qaz yataqlarının kəşfiyyat işləri və istismarına dair beynəlxalq tender elan edilib. Hazırda Misir gündəlik 680 min ba­rel xam neft hasil edir və tezliklə bu rəqəmin artırılması gözlənilir.

T.Əl-Molla bildirib ki, Avro­pada enerji böhranı fonunda Misir qaz ixracatını xeyli artı­rıb. Misir xarici enerji şirkətləri ilə qaz yataqlarının istisma­rına dair 108 saziş imzala­yıb və bu sektora 22 milyard dollar investisiya qoyulması gözlənilir.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

27 Sentyabr 2022 23:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə