Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Rusiya

Rusiya hakerləri Ukraynanın 1500 casusunun məlumatlarını yayıb

Ukraynanın xarici kəşfiyyat xidmətinin 1,5 mindən çox əməkdaşı haqqında məlumat açıq şəkildə “Nemesis” saytın­da yerləşdirilib. Məlumatı Rusiyanın RaHDIt (“Evil Russian Hackers”) haker qrupu yayıb.

RİA “Novosti”nin hüquq-mühafizə orqanlarındakı mənbəsi bu məlumatın aktual­lığını təsdiqləyib. Bu sənədlərdə 20-dən çox ölkədə səfirliklərin əməkdaşı adı altında işləyən kəşfiyyatçıların məlumatlarının olduğu vurğulanır.

Siyahıya təkcə Rusiya ilə qarşıdurmada Ukraynaya fəal dəstək verən Polşa, İtaliya, Almaniya, Fransa, ABŞ və sair ölkələr deyil, həm də daha təmkinli mövqe tutan dövlətlər, o cümlədən, Yunanıstan, Macarıstan, Tacikistan, İraq, Cənubi Afrika Respublikası, Azərbaycan və s. dövlətlər də var.

Hakerlər iddia edirlər ki, onlar Ukrayna Xarici İşlər Nazirliyi­nin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının məlumat ba­zasına daxil ola biliblər, bundan sonra onları müqayisə edib uy­ğunluqlar tapıblar. Digər məlumatlar arasında BMT, NATO və Avropa İttifaqının ofislərində çalışan Ukrayna kəşfiyyatçılarının məlumatları da sızdırılıb. Ümumilikdə, Ukraynanın SVR bölmələrinin yerləşdirildiyi 40-dan çox yer qeyd edilib.

Xəbəri RİA “Novosti” verib.

Monteneqro

İqtisadi artım

Avropada iqtisadiyyatı ən sürətlə artan ölkə Monteneqro­dur. Cari ilin ikinci rübündə ölkə iqtisadiyyatı 12,7 faiz artıb və bununla da Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib. Qeyd edilir ki, 2022-ci ilin ikinci rübündə ölkədə ümu­mi daxili məhsul (ÜDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1 milyard 137,7 milyon avrodan 1 milyard 395,8 milyon avroya yüksəlib.

Xəbəri “Bloomberg” verib.

Almaniya

Buzlaqlar sürətlə əriyir

Bavariya Elmlər Akademiyasının açıqlamasına görə, Al­maniyanın 5 ən iri buzlağından biri demək olar ki, yox olmaq təhlükəsi ilə üz-üzədir. Alimlər qlobal iqlim dəyişikliyinin buzlaq­ların sürətlə əriməsinə səbəb olduğunu bildiriblər. Tədqiqatçılar qeyd edirlər ki, Southern Schneeferner buzlağı son dörd ildə yarıya qədər əriyib. Mütəxəssislər kiçilən buz təbəqəsinin bir-iki il ərzində tamamilə əriyəcəyini proqnozlaşdırıblar.

Alimlər bildirirlər ki, Avropada bir çox buzlaqlar iqlim dəyişikliyi səbəbindən yaxın illərdə yox olmağa məhkumdur.

Xəbəri “Anadolu” verib.

Çin

Elektromobillərə vergi güzəşti uzadılıb

Çin hökuməti elektrik mühərriki ilə işləyən avtomobillərin satış vergisindən azad olunmasını daha bir il uzadıb. Bunu Çinin Sənaye və İnformasiya Tex­nologiyaları Nazirliyi açıqlayıb. Bildirilir ki, elektromobil alıcıları 2023-cü ilin sonunadək ənənəvi nəqliyyat vasitələri üçün tətbiq olunan 10 faiz satış vergisindən azad edi­lib.

Qeyd edək ki, karbon emissiyalarının və havanın çirklənməsinin azaldılması məqsədilə elektromobillərin isteh­salını və satışını təşviq etmək üçün ilk dəfə 2014-cü ildə tətbiq edilən 3 illik vergi güzəşti 2017-ci ildə üç il, 2020 və 2021-ci illərdə isə daha bir il uzadılıb.

Məlumatı “Anadolu” yayıb.

Hazırladı: Elçin ABBASOV,

“Xalq qəzeti”

27 Sentyabr 2022 23:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
4 Dekabr 2022 | 08:32
Çindən gələn bəla bitmir
30 Noyabr 2022 | 23:37
“Tesla”dan yeni modellər
30 Noyabr 2022 | 23:20
Qlobal turizm
30 Noyabr 2022 | 23:16
Günəş teleskopu
30 Noyabr 2022 | 23:13
Nadir və nostalji səslər
30 Noyabr 2022 | 00:45
Üçtərəfli qaz ittifaqı

Köhnə versiyamızdan xəbərləri izlə