Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada 27 Sentyabr - Anım Günü ilə əlaqədar mərasim təşkil edilib

Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasim Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən xalqımızın qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sənədli film və fotosərgi nümayiş olunub, çıxışlar dinlənilib.

Anım mərasimi bədii proqramla davam edib.

27 Sentyabr 2022 22:45 - İDMAN
İDMAN
3 Dekabr 2022 | 06:17
Samuray ruhlu qaliblər

Köhnə versiyamızdan xəbərləri izlə