Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.

Tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

27 Sentyabr 2022 21:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Dekabr 2022 | 14:05
“Bu qala daşlı qala...”

Köhnə versiyamızdan xəbərləri izlə