Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 sentyabr - Anım Günündə şəhidlərimizin xatirəsi Ağalıda dərin ehtiramla yad olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiram ifadəsi olaraq Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də Sərəncamına uyğun olaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağalı kəndində sentyabrın 27-də anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev başda olmaqla nümayəndəliyin əməkdaşları əvvəlcə Zəngilan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək, əklil qoyub, tər çiçəklər düzüb, şəhidlərimizin ruhuna dualar oxunub.

Anım mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Kənd ictimaiyyətinin nümayəndələri qarşında çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən, bu tarixi Zəfəri xalqımızın qəhrəmanlıq salnaməsinə yazan şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, o cümlədən “Buta Supply”ın dəstəyi ilə “Hər bir şəhidin adına bir ağac” adı altında ağacəkmə aksiyası təşkil olunub.

27 Sentyabr 2022 20:53 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə